Hindistanın baş nazirinin təyyarəsinə terror hücumu planlaşdırılır? – Həbs edilən var

Mumbay polisi Hindistanın Baş naziri Narendra Modinin Fransa və ABŞ-yə xarici səfərləri zamanı onun təyyarəsinə terror hücumu təhdidinə dair yalan məlumat verməkdə şübhəli bilinən şəxsi həbs edib.

Oxu.Az xəbər verir ki, bu barədə “The Indian Express” qəzeti Mumbayın hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxsin psixi problemləri var. Davam edən araşdırmalar əsnasında müəyyən edilib ki, daha əvvəl saxlanılan şəxsin telefonundan polisə guya hazırlanmaqda olan cinayətlər və digər yalan məlumat barədə 1 400 xəbərdarlıq zəngi daxil olub.

Mumbay polisi Hindistanın Baş naziri Narendra Modinin Fransa və ABŞ-yə xarici səfərləri zamanı onun təyyarəsinə terror hücumu təhdidinə dair daxil olan məlumatdan sonra araşdırma aparır.

Oxu.Az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti Mumbayın hüquq-mühafizə orqanlarına istinadla məlumat verib.

Bildirilir ki, N.Modinin xaricə səfəri zamanı terrorçuların onun təyyarəsinə hücum edə biləcəkləri haqqında Mumbay polisinə zəng daxil olub.

Qeyd edək ki, baş nazir fevralın 10-da yollandığı Fransada səfərdədir. N.Modi oradan ABŞ-yə uçacaq.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More