Qvardiola “Mançester Siti”nin “Real”a məğlubiyyətində uğursuzluğun səbəblərini açıqladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda komandasının “Real Madrid”ə məğlubiyyətini şərh edib.

Oxu.Az-ın “Sky Sports”a istinadən verdiyi məlumatına görə, o, uğursuzluqda özünü təqsirli bilib.

“Mən uzun illərdir “Mançester Siti”dəyəm və görkəmli komandanın, əsl maşının bir parçasıyam. Amma hazırda komandaya yaranan vəziyyətin öhdəsindən gəlməyə kömək edəcək bir şey təklif edə bilmirəm. Bu nəticələrə görə məsuliyyət hamımızın üzərinə düşür. Etiraf edirəm ki, sistemimizin heç bir hissəsi əvvəlki kimi işləmir. Bir oyunçunu günahlandırmaq asan olardı, amma bu, absurddur, belə olmur. Hamı günahkardır və ilk növbədə də mən. Məsələ ondadır ki, biz kifayət qədər sabit deyilik”, – deyə Qvardiola bildirib.

Xatırladaq ki, görüş ispanların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

2024/2025 mövsümü Çempionlar Liqasının cavab oyunu fevralın 20-də Bakı vaxtı ilə 00:00-da Madriddə keçiriləcək.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More