Qobustan rayonunda sahibkarlarla görüş keçirilib

Görüşdə sahibkarlarla rayonun biznes imkanlarına, sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Oxu.Az xəbər verir ki. bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilib ki, KOBİA-nın təşkilatçılığı və Qobustan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qobustan rayonunda sahibkarlarla görüş keçirilib.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, kənd təsərrüfatı, tikinti, qida, mebel istehsalı və alternativ enerji sahələrində fəaliyyət göstərən 70-ə yaxın sahibkar iştirak edib.

Görüşdə sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, biznes sahəsində yeni çağırışlar, eləcə də rayonun iqtisadi potensialı və biznes imkanları barədə məlumat verilib. Bölgədə fəaliyyət göstərən sahibkarların biznesə başlamaq və mövcud fəaliyyətlərini genişləndirmək üçün dövlət dəstəyi alətləri ilə bağlı informasiya, məsləhət və əlaqələndirmə istiqamətləri üzrə KOBİA-ya müraciət edə biləcəkləri diqqətə çatdırılıb. Sahibkarlarla əsasən biznesin maliyyələşdirilməsi, bu sahədə girov, dövlətin güzəştli kreditləri, torpağın icarəsi, Qobustanda biznes üçün imkanlar, iri ticarət şəbəkələrinə çıxışın dəstəklənməsi kimi mövzularda müzakirələr aparılıb.

Görüş çərçivəsində sahibkarların təklif və təşəbbüsləri, biznesə başlamaq və inkişaf etdirmək üçün çətinlikləri dinlənilib, sualları cavablandırılıb.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More