AMB “PashaPay”ə məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “PashaPay” MMC-yə məcburi göstəriş verib.

Oxu.Az bu barədə AMB-yə istinadən xəbər verir.

Bildirilib ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında (ƏL/TMM) qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddələrinə əsasən, “PashaPay” MMC-yə münasibətdə təshih tədbirləri tətbiq edilib.

Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More