İtaliya klubları “Qalatasaray”ın ulduzunu izləyəcəklər

İtaliyanın “Latsio” və “Napoli” klublarının nümayəndələri “Qalatasaray”ın ulduzu Barış Alper Yılmazın bu gecə UEFA Avropa Liqasının pley-off mərhələsinin “AZ Alkmaar”la oyununu izləmək üçün azarkeşlər arasında olacaqlar.

Oxu.Az “SporX”ə istinadən xəbər verir ki, 2027-ci ilədək “Qalatasaray”la müqaviləsi olan Barış Alper Yılmazın transfer dəyəri isə 30 milyon avro dəyərində qeyd edilib.

“Qalatasaray” forması ilə bu mövsüm 32 oyunda meydana çıxan cinah hücumçusu 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, İtaliya klublarından əlavə İngiltərə nəhənglərindən “Everton”, “Aston Villa”, Nyukasl Yunayted” və “Vest Hem” də Barış Alperi transfer etmək istəyir.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More