NASA Sevgililər Günü münasibətilə kosmosdan paylaşım etdi: Minlərlə çiçək açan ulduzdan buket

ABŞ-nin Federal Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Sevgililər Günü münasibətilə kosmosdan kosmik buketə bənzəyən görüntü yayımlayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə KP.ru nəşri məlumat verib.

“Minlərlə çiçək açan ulduzdan buket”, – deyə NASA fotoya şərh verib.

Məlumata görə, fotoda Böyük Magellan buludu qalaktikasından 30 “Qızıl balıq” dumanlığı əks olunub. “Çandra” və “Habbl” teleskopları, habelə ALMA radioteleskopu vasitəsilə bir sıra şəkillər çəkilib.

Fotonun yaradılması üçün “Çandra”ya 23 gün lazım gəlib. Bu müddət ərzində cihaz ulduzların bir neçə növü, həmçinin ulduz küləyi və dumanlıqdakı qazlar ilə bağlı məlumatları təhlil edib.

NASA-nın məlumatına görə, oxşar dumanlıq Yerdən təxminən 160 min işıq ili uzaqlıqda yerləşir.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More