UEFA Avropa Liqası: “Fənərbağça” birinci, “Qarabağ” ikinci oldu

UEFA Avropa Liqasında pley-off matçları start götürməmişdən əvvəl Liqa mərhələsinin yekun statistik göstəriciləri bəlli olub.

Oxu.Az xəbər verir ki, “Qarabağ”ın futbolçuları səkkiz qarşılaşmada 121 dəfə qayda pozuntusuna məruz qalıblar.

Azərbaycan çempionu bu göstəriciyə görə ikinci pillədə qərarlaşıb. Türkiyə təmsilçisi “Fənərbağça” (136) birinci, Bolqarıstanın “Ludoqorets” komandası (119) isə üçüncü olub.

Qeyd edək ki, “köhlən atlar” Liqa mərhələsini 3 xalla sonuncu – 36-cı pillədə başa vurub. Pley-off mərhələsinin ilk oyunları bu gün keçiriləcək.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More