Prezidentin yüksək vəzifəyə təyin etdiyi Rüfət Mahmud kimdir?

Rüfət Nahid oğlu Mahmud Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Oxu.Az Rüfət Mahmudun dosyesini təqdim edir.

Rüfət Mahmud Xəzər Universitetinin bakalavr, İqtisad Universitetinin (UNEC) magistratura pillələrini bitirib. 2006-2007-ci illərdə Sirakuz Universitetinin Maksvell Məktəbində təhsil alıb.

Rüfət Mahmud son təyinatadək SOCAR-ın Rusiyada törəmə müəssisəsi olan “SOCAR Rus” MMC-nin baş direktoru olub.

2019-22-ci illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri, 2009-18-ci illərdə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) direktorlar şurasının sədri vəzifələrində işləyib.

Rüfət Mahmud, həmçinin Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və İqtisadiyyat Nazirliyində işləyib.

Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More