Millimizin sabiq üzvü legioner həyatı yaşayacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Ramin Əhmədov legioner həyatı yaşayacaq.

Oxu.Az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi karyerasını Qırğızıstanda davam etdirəcək. Çünki Əhmədov Qırğızıstanın yüksək liqa təmsilçisi “Alay”a keçib.

Bir müddətdir komandanın düşərgəsində Türkiyədə təlim-məşq toplanışında olan sabiq “Şamaxı”lı ilə müqavilə imzalanması qərara alınıb. R.Əhmədov yeni komandası ilə bir illik sazişə qol çəkib.

Qeyd edək ki, Ramin Əhmədov cari mövsümün ilk yarısını “Şamaxı”nın heyətində keçirib. O, daha əvvəl “Zaqatala” və “Zirə” klublarının formasını geyinib.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More