UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlandı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu, Almaniyanın “Borussiya” (Dortmund) klubunun hücumçusu Serou Qirassidir.

28 yaşlı qvineyalı oyunçu “Sportinq”lə (Portuqaliya) keçirilən ilk pley-off matçında (3:0) 1 qol və 1 assistlə yadda qalıb.

O, səsvermədə Vinisius Junior (“Real Madrid”, İspaniya), Vanqelis Pavlidis (“Benfika”, Portuqaliya) və İqor Payşaonu (“Feyenoord”, Niderland) qabaqlayıb.

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu mükafatına namizədlər açıqlanıb.

Oxu.Az xəbər verir ki, siyahıda adəti üzrə 4 namizəd yer alıb. Bunlar Vinisius Junior (“Real Madrid”), İqor Payşao (“Feyenoord”), Serou Qirassi (“Borussiya Dortmund”) və Vangelis Pavlidisdir (“Benfika”).

Vinisius “Mançester Siti” ilə oyunda (3:2) 2 assist edib, Qirassi “Sportinq”lə matçda (3:0) bir qol və bir məhsuldar ötürməyə imza atıb. Payşao “Milan”la, Pavlidis isə “Monako” ilə matçlarda vurulan yeganə qola imza atıblar.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More