Lökbatan – Qobu yolu iki aydır zülmət içindədir

Lökbatan – Qobu yolunda işıqlandırma dirəkləri olsa da, iki aydır axşam düşən kimi yol zülmətə qərq olur.

Oxu.Az xəbər verir ki, bununla bağlı sürücülərdən biri sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, yolu əhatə edən hər iki tərəf yaşayış sahəsidir və bəzi hissələrdə piyada keçidi yoxdur.

“İşıqlandırma olmadığı üçün axşam saatlarında qəza vəziyyətinin yaranma ehtimalı artır”, – deyə sürücü qeyd edib.

Mövcud problemlə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin ərazidə kabel xəttində qəza baş verib:

“Bununla bağlı lazımi materialların alınması istiqamətində sifariş verilib. Yaxın günlərdə təmirə başlanılacaqdır”.

Qaradağ Rayon İcra Hakimiyyətindən isə Oxu.Az-a deyilib ki, Lökbatan – Qobu yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsinin işıqlandırılması ilə bağlı aidiyyəti üzrə təkliflər verilib və işlərin həyata keçirilməsinə cari ildə başlanılacaq.

Aləmdə Nəsib



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More