Devid Bekhem: “Ən böyük peşmanlığım “Real Madrid”ə keçmək idi”

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhem karyerası ərzində verdiyi qərarlardan danışıb.

Oxu.Az “Goal” nəşrinə istinadən xəbər verir ki, o, 2003-cü ildə “Mançester Yunayted”dən “Real Madrid”ə keçdiyi üçün peşman olduğunu bildirib.

“Karyeramın qalan hissəsində “Mançester Yunayted”də olmaq və heç vaxt ayrılmamaq istərdim. Amma bu, nəzərdə tutulmamışdı. Karyeramın ən böyük peşmanlığı “Real”a keçmək idi”.

Qeyd edək ki, Devid Bekhem peşəkar futbolçu karyerası ərzində “Mançester Yunayted”, “Preston”, “Real Madrid”, “Los-Anceles Qalaksi”, “Milan” və PSJ kimi klublarda oynayıb. 49 yaşlı Bekhem hazırda “İnter Mayami” klubunun prezidentidir.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More