Beş cüdoçumuz “Böyük Dəbilqə” turnirinə qələbə ilə start verib

Bu gün Bakıda cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib

Oxu.Az xəbər verir ki, yarışın ilk günündə beş çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

Azərbaycan millisi bu çəki dərəcələrinin 4-də 12 cüdoçu ilə təmsil olunur.

Böyük Dəbilqə

Kişilər

60 kq

Balabəy Ağayev 1/8 finalda Mendsaihan Nyamsurenlə (Monqolustan) qarşılaşıb. Qələbə qazanan cüdoçumuz ikinci görüşündə ukraynalı Dilşot Xalmatovla münasibətinə aydınlıq gətirəcək.

Əhməd Yusifov startda Anvarjon İbrahimovu (Özbəkistan) məğlub edib. O, 1/4 finalda Taiki Nakamura (Yaponiya) ilə üz-üzə gələcək.

Murad Muradlı Tergelsar Munxjarqala (Monqolustan) qalib gəlsə də, ardınca Yorre Verstraetenə (Belçika) uduzub.

66 kq

Ruslan Paşayevin ilk görüşündə rəqibi Azizbek Ortikov (Özbəkistan) olacaq.

Yaşar Nəcəfov 1/8 finalda İvan Çernıxla (IJF) güləşəcək.

Rəşad Yelkiyev startda Cüzeppe De Tulionu (İtaliya) mübarizədən kənarlaşdırıb. O, 1/8 finalda Rüfət Ələsgərovla (İJF) gücünü yoxlayacaq.

Elşən Əsədov yarışa Zamoxşari Bekmurodov (Özbəkistan) üzərində qələbə ilə başlayıb.

Qadınlar

48 kq

Leyla Əliyeva ilk görüşündə Culia Qiqlione (İtaliya) ilə bacarmayıb.

Könül Əliyeva Andrea Stoyadinova (Serbiya) uduzub.

Şəfəq Həmidova 1/16 finalda Jaklin Şpringerə (Avstriya) məğlub olub.

57 kq

Fidan Əlizadə “Böyük Dəbilqə”yə Yevgeniya Qayiç (Sloveniya) üzərində qələbə ilə başlayıb. O, 1/4 finalda Marisa Perişiçlə (Serbiya) qüvvəsini sınayacaq.

Fidan Qasımova startda Veronika Tonioloya (İtaliya) uduzub.

Qeyd edək ki, yarışda 36 ölkədən 258 cüdoçu mübarizə aparacaq. Azərbaycan “Böyük Dəbilqə”yə 32 idmançı ilə qatılıb.

Bu gün Bakıda cüdo üzrə növbəti “Böyük Dəbilqə” turnirinə start verilir.

Oxu.Az xəbər verir ki, turnirin ilk günündə 12 Azərbaycan idmançısı tatami üzərinə çıxacaq.

60 kq

Balabəy Ağayev – Mendsayhan Nyamsuren (Monqolustan);

Əhməd Yusifov – Anvarjon Ibragimov (Özbəkistan);

Murad Muradlı – Tergelsar Munxyargal (Monqolustan).

66 kq

Ruslan Paşayev – startda sərbəst;

Yaşar Nəcəfov – startda sərbəst;

Rəşad Elkiyev – Cüzeppe De Tulio (İtaliya);

Elşən Əsədov – Zamoxşari Bekmurodov (Özbəkistan).

48 kq

Leyla Əliyeva – Culia Cilyone (İtaliya);

Könül Əliyeva – Andrea Stoyadinov (Serbiya);

Şəfəq Qəmidova – Jaklin Springer (Avstriya).

57 kq

Fidan Əlizadə – Yevgeniya Qayç (Sloveniya);

Fidan Qasımova – Veronika Toniolo (İtaliya).

Qeyd edək ki, Balabəy Ağayev, Ruslan Paşayev və Yaşar Nəcəfov bundan əvvəl bu turnirin qalibi olublar.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More