Ukrayna üçün nüvə silahının taleyini Tramp həll edəcək

ABŞ-nin Kiyevə nüvə silahı verib-verməyəcəyi ilə bağlı qərar Prezident Donald Trampdan asılıdır.

Oxu.Az-ın məlumatına görə, bu açıqlamanı ABŞ müdafiə naziri Pit Heqset “Breitbart News” portalına müsahibəsində bildirib.

“Mən buraya nəyisə elan etmək və ya etməmək üçün gəlməmişəm. Bu, mənim işim deyil, prezidentin işidir. O, liderdir, o, danışıqların və sövdələşmələrin ustasıdır”, – deyə P.Heqset qeyd edib.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More