Cənubi Koreyada superqəhrəman libasında olan şəxs səfirliyə basqın etmək istədi

Cənubi Koreyanın paytaxtı Seulda Çin səfirliyinə basqın etməyə cəhd edən şəxs saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Səfirliyin qapısından içəri girməyə cəhd edən və binaya hücum etməyə çalışdığı iddia edilən 40 yaşlarında şəxs polis tərəfindən saxlanılıb.

Qeyd olunur ki, “Marvel” komiksi olan “Kapitan Amerika” geyimində olan şəxs bu həftənin əvvəlində Seulda dövlət insan haqları təşkilatının binasında da görünüb.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More