La Liqa: Azlıqda qalan “Real Madrid” büdrədi

İspaniya La Liqasının 24-cü turunda lider “Real Madrid” “Osasuna”nın qonağı olub.

Oxu.Az xəbər verir ki, kral klubu Mbappenin qolu ilə önə keçsə də, artıq 39-cu dəqiqədə azlıqda qalıb. Bellingem birbaşa qırmızı vərəqə alıb.

Meydan sahibləri say üstünlüyünə baxmayaraq, yalnız ikinci hissədə penaltidən fərqlənərək hesabı bərabərləşdiriblər – 1:1. Görüş elə bu nəticə ilə də yekunlaşıb.

Hazırda “Real Madrid” 51 xalla yarış cədvəlinin zirvəsində olsa da, onu izləyən “Atletiko” ehtiyatda bir oyunu olmaqla liderdən cəmi 2 xal geri qalır. “Osasuna” isə 32 xalla 7-cidir.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More