Ukraynanı qorumağın ən asan və ən ucuz yolu açıqlanıb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Danimarkanın Baş naziri Mette Frederiksen Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən bildirib:
“Gəlin dürüst olaq: Ukraynaya verə biləcəyimiz ən yaxşı xəbər NATO-ya üzvlükdür. Bu, Atlantikanın o tayındakı ölkələri qorumağın ən ucuz və ən asan yoludur”.
Baş nazir bir neçə dəfə qeyd edib ki, “bəzi böyük müttəfiqlər” Ukraynanın ittifaqa qoşulmasının tərəfdarı deyillər.
Comments are closed, but trackbacks and pingbacks are open.