Xaçmazda avtomobil ağaca ÇIRPILDI: Ölən və yaralanan var

Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az “Report”a istinadən məlumat verir ki, hadisə Xudat – Qusar avtomobil yolunun Xaçmaz rayonunun Köhnə Xudat kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz” markalı minik avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq qoz ağacına çırpılıb.

Nəticədə sürücü, Xudat şəhər sakini Murad Məlikməmmədov hadisə yerində keçinib. Həmin avtomobildə olan sərnişin, Qusar rayon sakini Gülnar Hüseynova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More