Neftçalada qadın öldürüldü: Əri şübhəli qismində saxlanıldı

Neftçala rayonunda qətl hadisəsi baş verib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qaraymanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1973-cü il təvəllüdlü Şəhla Telman qızı Tağıyeva ailə münaqişəsi zəminində əri tərəfindən çoxsaylı bıçaq zərbəsi alıb.

Yaralı qadın Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More