Mikayıl Cabbarov vergi orqanlarının əməkdaşları ilə görüşüb

“Vergi xidmətinin 25 illiyi ilə bağlı keçirilən tədbirdə vergi orqanlarının əməkdaşları və veteran vergi işçiləri ilə görüşməkdən məmnun olduq”.

Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” sosial şəbəkə hesabında bildirib:

“Görüş zamanı insan resurslarının inkişaf istiqamətləri, əməkdaşlarımızdan gözləntilər və müəyyənləşdirilmiş hədəflər barədə danışdıq, qabaqcıl səriştələrə və innovativ biliklərə malik kadr ehtiyatları formalaşdırmağın əhəmiyyətini vurğuladıq. Vergi sisteminin uğurlu fəaliyyətində aktiv iştirakına görə təltif edilən bütün əməkdaşları təbrik edirik”.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More