Bu gün Azərbaycanın U-17 millisi UEFA İnkişaf Kubokunda ikinci tur oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunan turnirdə İranla qarşılaşıb. Oyun Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 47-ci dəqiqədə Amin Rzayev vurub.
Xatırladaq ki, millimiz ilk matçında Rusiya ilə qarşılaşıb və böyük hesabla uduzub – 0:3.
Komandamız növbəti görüşünü Qazaxıstan millisinə qarşı keçirəcək. Matç fevralın 19-da oynanılacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.