Qazaxıstanın Ulytau vilayətindəki Jomart mədənində baş vermis uçqun nəticəsində dağıntılar altında qalan yeddi mədənçi həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yeddi işçinin cəsədi dağıntılar altından çıxarılıb və ekspertiza üçün polis əməkdaşlarına təhvil verilib.
Fakt üzrə cinayət işi qaldırılıb.
Qazaxıstanın Ulytau vilayətindəki Jomart mədənində uçqun nəticəsində yeddi mədənçi dağıntılar altında qalıb və onlarla əlaqə kəsilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə mədənin işlənilməsini həyata keçirən “Qazaxmıs” şirkətlər qrupu məlumat yayıb.
Şirkətdə qeyd edilib ki, hadisə yerində xilasetmə işləri aparılır.
Comments are closed.