Azarkeşlər Osimheni “Qalatasaray”da saxlamaq üçün PUL YIĞMAQ İSTƏYİRLƏR

Türkiyənin “Qalatasaray” klubunun azarkeşləri “Napoli”dən icarə əsasında transfer olunan ulduz futbolçu Viktor Osimhenin komandada qalması üçün ianə kampaniyası tələb edirlər.

Oxu.Az “SporX”ə istinadən xəbər verir ki, “Napoli” klubu futbolçunu transfer etmək istəyən komandaların minimum 75 milyon avro ödəməli olacaqlarını bildirib.

“Qalatasaray” azarkeşləri Viktor Osimhenin klubda qalması üçün ianə kampaniyası başladaraq lazım olan məbləğin toplanmasını tələb ediblər.

Qeyd edək ki, Viktor Osimhen özü də “cim-bom”da qalmaq istədiyi üçün 12 milyon avroluq maaş tələbindən imtina edə biləcəyini deyib.

Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More