Məhəmməd Salah İngiltərə Premyer Liqasında rekorda imza atdı

“Liverpul”un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Oxu.Az xəbər verir ki, 32 yaşlı hücumçu buna XIX turda “Aston Villa” ilə oyunda fərqlənməklə nail olub.

Misirli forvard turnir tarixində bir mövsümdə səfər matçlarında ən çox qol vuran oyunçu adına sahib çıxıb. Səfər qarşılaşmalarında 15 dəfə rəqib qapılarına yol tapan Salah “Liverpul”un sabiq oyunçusu Luis Suaresin 2013/14 mövsümünə təsadüf edən uğurunu (14 qol) geridə qoyub.

Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 29 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More