Azərbaycanda institut BAĞLANDI

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul olunub.

Oxu.Az xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli məlumat verib.

Yığıncaqda institutun bağlanması barədə qərar səsə qoyularaq qəbul olunub.

İsa Həbibbəyli bildirib ki, institutun tarixlə məşğul olan üzvləri Tarix İnstitutunda, siyasət, sosiologiya ilə məşğul olan üzvləri isə Fəlsəfə İnstitutunda tədqiqatlarını davam etdirəcəklər.

Aləmdə Nəsib

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More