"Beşiktaş" səfərdə "Eyüpspor"u məğlub edib 00:26 22 fevral 2025

Türkiyə Super Liqasında XXV turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün “Beşiktaş” meydana çıxıb.

Komanda “Eyüpspor”un qonağı olub. Matçda hesabı meydan sahibləri açıb. Tayfur Bingöl ilk dəqiqədə fərqlənib.

Lakin “qara qartal”ın buna cavabı gecikməyib. Rafa Silva hesabı bərabərləşdirib. İlk hissənin sonlarında Milot Raşitsa komandasını önə çıxarıb.

İkinci yarıda “Beşiktaş” daha bir qol vurub. Semih Kılıçsoy oyunda son nöqtəni qoyub – 3:1.

Türkiyə Super Liqası
XXV tur

“Eyüpspor” – “Beşiktaş” 1:3

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More