ABŞ-də “TikTok”un fəaliyyəti bərpa olunub

“App Store” və “Google Play” ABŞ-də istifadəçilər üçün “TikTok” tətbiqini bərpa ediblər.

Xezerxeber.az xəbər verir ki, Bu barədə “Bloomberg“ məlumat yayıb.

Nəşr qeyd edir ki, ABŞ-nin baş prokuroru Pam Bondinin sosial şəbəkəyə qoyulan qadağanın dərhal həyata keçirilməyəcəyinə dair zəmanətləri olan məktubdan sonra ərizə bərpa edilib.

Agentlik onu da vurğulayır ki, tətbiqin ABŞ-də uzun müddət ərzində fəaliyyətini davam etdirəcəyinə hələ də zəmanət yoxdur.

Qeyd edək ki, bu ilin yanvarın 19-da “TikTok” ABŞ-də bloklanmışdı.

Tramp vəzifəyə gəldikdən sonra “TikTok”a dair sərəncam imzalayıb və sosial şəbəkəyə qoyulan qadağanı 75 gün gecikdirib. Sənəddə tətbiqin 50%-nin amerikalı investorlara satılacağı təqdirdə platformanın ABŞ-də fəaliyyətini davam etdirməsi nəzərdə tutulur.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More