Astarada qanunsuz odlu silahların saxlanması faktları aşkarlanıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı 7 nəfər rayon sakinindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkarlanıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı isə Sım kəndi ərazisində qanunsuz ov edən 1 nəfər saxlanılıb. Həmin şəxs barəsində protokol tərtib edilib.

Mənbə: Apa.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More