Zelenski hansı şərtlə istefa verəcəyini açıqladı

Ukrayna prezidenti Volodimir Zelenski NATO-ya üzvlük müqabilində vəzifəsini tərk etməyə hazır olduğunu bildirib

Lent.az xəbər verir ki, Zelenski sülh üçün lazım gələrsə, vəzifəsini tərk edə biləcəyini, lakin ölkəsinin ABŞ prezident Donald Trampın müdafiə etdiyi məbləğdə borcu olmadığını deyib.

Təşkil etdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Zelenski belə bir fürsət olacağı təqdirdə NATO-ya üzvlük müqabilində prezident postundan istefa verməyə hazır olduğunu bildirib.

O həmçinin sülh danışıqlarında Ukrayna ilə yanaşı ABŞ, Rusiya və Avropa ölkələrinin də iştirak etməli olduğunu deyib.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More