ABŞ prezidenti Donald Trampın administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) kütləvi ixtisara başlayıb və bu, minlərlə işçini əhatə edəcək.
Lent.az xəbər verir ki, bu barədə USAID-in saytında yerləşdirilən məlumatda deyilir.
Sənədə əsasən, 24 fevral saat 23:59-da agentliyin bütün dünya üzrə əməkdaşlarının əksəriyyəti inzibati məzuniyyətə göndəriləcək.
Təhlükəli tapşırıqların və xüsusi proqramların həyata keçirilməsinə cavabdeh olan, eləcə də əsaslı rəhbərliyin təmin edilməsinə cavabdeh olan USAİD əməkdaşları üçün istisna təşkil ediləcək.
“Eyni zamanda, USAID ABŞ-da fəaliyyət göstərən təxminən 1600 işçiyə təsir edəcək işçi qüvvəsinin ixtisarına başlayır”, – bəyanatda deyilir.
USAID-in xaricdə yerləşən əməkdaşlarına hökumət hesabına ABŞ-a qayıtmaq və müəyyən güzəştlər almaq imkanı təklif olunub.
“The Washington Post”un məlumatına əsasən başqa ölkələrə göndərilən təxminən 2000 agentlik işçisi ixtisara məruz qala bilər.
Qeyd edək ki, ABŞ administrasiyası fevralın 3-də USAİD-in fəaliyyətini faktiki olaraq dayandırmışdı. Tramp ABŞ dövlət katibi Marko Rubionu agentliyin müvəqqəti rəhbəri təyin edib.
Comments are closed, but trackbacks and pingbacks are open.