“Qobu Park”da yanğın olub, 7 nəfər təxliyə edilib – YENİLƏNİB – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Qobu Park” yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində on mərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən qonşu mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 7 nəfər bina sakini təxliyə edilib.

Yanğın nəticəsində ümumi sahəsi 55kv.m. olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyalar 8kv.m. sahədə yanıb.

Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

***

18.09

Bakının Qaradağ rayonunda yanğın olub.

FHN-in mətbuat Xidmətindən APA-ya bildirilib ki, hadisə “Qobu Park-2” yaşayış massivi 13-cü yaşayış binasının mənzilində baş verib.

Əraziyə FHN-in Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More