Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazsindən keçən hissəsində qeydə alınıb. “VAZ 2106” markalı minik maşını idarəetmədən çıxaraq körpünün kənarında olan betona çırpılıb.
Bundan sonra avtomobildə yanğın olub.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub, yanğın söndürlüb. Yanıq xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Comments are closed, but trackbacks and pingbacks are open.