Təbələ qız oteldə doğduğu körpəni binadan atdı

Fransada amerikalı tələbə doğduğu körpəni binadan atıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə paytaxt Parisin 20-ci rayonundakı otellərdən birində baş verib. Parisə gəzməyə gələn ABŞ vətəndaşı olan 18 yaşlı tələbə otelin ikinci mərtəbəsində doğuş edib. Daha sonra körpəni eyvandan atıb.

Sakinlər parçaya bükülən körpəni görəndən sonra polisə xəbər ediblər. Doğuşdan sonra xəstəxanaya yerləşdirilən ana isə daha sonra həbs olunub.

Araşdırma aparılır.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More