Zelenski Trampla görüşmək üçün Vaşinqtona gedir – Səbəb….

Fevral ayının 28-də Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona getməyi planlaşdırır.

Lent.az xəbər verir ki, bu barədə “Reuters” adının çəkilməsini istəməyən iki mənbəyə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hər iki tərəfin dövlət rəsmiləri layihə ilə razılaşaraq onun imzalanmasını tövsiyə ediblər.

Ağ Ev məsələ ilə bağlı şərh verməkdən imtina edib. “Reuters”in mənbələrindən biri səfərin Tramp administrasiyası tərəfindən təklif edildiyini yazıb.

Mənbə: Lent.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More