Naxçıvan şəhərində zəncirvari qəza olub.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Atatürk küçəsinin kəsişməsində baş verib. Yol kəsişməsində 75-BD-273 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil, 75-TA-498 dövlət nömrə nişanlı “NAZ Lifan” markalı avtomobil və 75-BE-462 dövlət nömrə nişanlı “Lada” markalı avtomobil toqquşub. Qəza zamanı Naxçıvan şəhər sakini, 1993-cü il təvəllüdlü Eyvazova Nurəngiz Vilayət qizi xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Comments are closed, but trackbacks and pingbacks are open.