Azərbaycanlı kursant Türkiyədə vəfat edib

Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Federasiyasında hərbi təhsil alan kursantı Elvin Quluzadə xəstəlikdən vəfat edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Rusiya Federasiyasında hərbi təhsil aldığı müddət ərzində, 2024-cü ilin may ayından Omsk şəhərində yerləşən Akademik N.N.Burdenko adına Baş Hərbi Klinik Hospitalda müalicə olunmuş kursant Quluzadə Elvin Eldəniz oğlu müalicəsini davam etdirmək üçün 19 iyul 2024-cü il tarixindən Türkiyə Respublikasının Ankara Universitetinin Tibb Fakültəsinin xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, fevralın 25-də qeyd olunan xəstəxanada kəskin leykemiya, reaktiv perikardit (qan xərçəngi) səbəbindən vəfat edib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən kursantın ailəsinə, yaxınlarına başsağlığı verib.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More