Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Investopia 2025” tədbiri çərçivəsində Ərəb ölkələri – Mərkəzi Asiya – Azərbaycan biznes forumu keçirilib.
Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyindən bildirilib.
Tədbir çərçivəsində nazirlərin Dəyirmi Masasında Ərəb ölkələri – Mərkəzi Asiya – Azərbaycan biznes forumu yekunlarına dair Əbu-Dabi Kommunikesi qəbul olunub.
Sənəddə ərəb ölkələri, Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsi, nəqliyyat marşrutlarının inkişaf etdirilməsi, güclü logistika və ticarət şəbəkələrinin qurulması, təhsil mübadiləsi və s. məsələlər öz əksini tapıb.
Comments are closed, but trackbacks and pingbacks are open.