PKK-dan atəşkəs ELANI: silahı yerə qoyurlar

PKK terror təşkilatı atəşkəs elan edib.

Lent.az xəbər verir ki, bu barəd Türkiyə mediasında məlumat yayılıb.

Qeyd olunub ki, PKK lideri Abdullah Öcalanın “silahı burax və qruplaşmanı ləğv et” çağırışından sonra terror təşkilatının İcraiyyə Komitəsi açıqlama yayıb. Açıqlamda bildirilib ki, “Biz çağırışın məzmunu ilə olduğu kimi razıyıq və öz cəbhəmizdən çağırışın tələblərinə əməl edəcəyimizi və həyata keçirəcəyimizi bildiririk. Bu gündən qüvvəyə minən atəşkəs elan edirik”.

PKK terror təşkilatı açıqlamasında həmçinin təşkilatın ləğvi üçün qurultay çağırmağa hazır olduqlarını bildirib.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More