“Real Madrid” məğlub olub

İspaniya La Liqasında XXVI turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün 4 matç baş tutub.

“Real” səfərdə “Betis”in qonağı olub. “Kral klubu” hesabı açsa da, nəticədə məğlub olub.

İlk hissədə Brahim Diaz komandasını hesabda önə çıxarıb. Lakin Conni Kardozo və İskonun qolları meydan sahiblərinə qələbə qazandırıb – 2:1.

Qeyd edək ki, “Real” turnir cədvəlində 54 xalla liderliyi “Barselona” ilə bölüşür.

İspaniya La Liqası
XXVI tur

“Betis” – “Real” 2:1
“Real Valyadolid” – “Las Palmas” 1:1
“Jirona” – “Selta Viqo” 2:2
“Rayo Valyekano” – “Sevilya” 1:1

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More