Qışdan sonra avtomobildə paslanmanın qarşısını necə olmaq olar?

“Sürücülər qış dövründən sonra avtomobilin kuzovunda paslanmanın yayılmasının qarşısını almaqdan ötrü maşını müntəzəm surətdə yumalıdırlar”.

Bunu “Klyuçavto Layt” şirkətinin mütəxəssisləri “Za rulyom” jurnalına deyiblər.

Ekspertlər hesab edirlər ki, hava şəraitindən asılı olmayaraq, çöküntü təbəqəsinin altında korroziyaya səbəb ola biləcək kirləri təmizləmək lazımdır.

Mütəxəssislər, həmçinin kuzovun metalını su və kimyəvi reaktivlərdən qoruyan antiqrav plyonkadan istifadə etməyi məsləhət görürlər:

“Eyni zamanda, drenaj dəliklərini təmizləmək vacibdir, çünki orada çoxlu nəm toplana bilər”. (Oxu.Az)

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More