Bakının bir neçə rayonunda qaz olmayacaq

Bu gün Bakının Nəsimi və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumatı SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi yayıb.

Bildirilib ki, Nəsimi rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Suraxanı rayonunun Hövsan qəsəbəsində isə qaz sayğaclarının giriş hissələrinin yığılması məqsədilə martın 6-da saat 10:00-dan etibarən qaz verilişi dayandırılacaq.

Fasilə müddətində Nəsimi rayonunun Mirzəağa Əliyev, Süleyman Ələsgərov, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli küçələri, Suraxanı rayonunun Hövsan qəsəbəsi, O. Şabanov küçəsinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More