Gəncədə hamilə qadının ölüm səbəbi açıqlanıb – YENİLƏNİB

Martın 6-da saat 05:00 radələrində 1984-cü il təvəllüdlü şəxs ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya aqonal vəziyyətdə hospitalizasiya olunub.

APA-ının sorğusuna cavab olaraq bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, 30 həftəlik hamiləlik, dəqiqləşdirilməmiş tromboemboliya diaqnozları təyin edilən şəxsin reanimasiyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb.

***

09:42

Gəncədə doğuş zamanı qadın və körpəsi ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyindəki Abbas Səhhət adına Xəstəxananın doğum şöbəsində qeydə alınıb.

Belə ki şəhər sakini 1984 cü il təvəllüdlü Zülfiyə Yusibova hamiləliyinin 31-ci həftəsində xəstəxanaya müraciət edib. Nəticədə doğuş zamanı ana və bətnindəki uşaq ölüb. Bu, uzun müddət uşağı olmayan qadının birinci hamiləliyi imiş.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More