AMB və Gürcüstan Milli Bankı arasında Memorandum imzalanıb

Azərbaycan Mərkəzi Bankı və Gürcüstan Milli Bankı arasında Anlaşma Memorandumu imzalanıb.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “X” Sosial şəbəkə hesabında bildirib.

Gürcüstan Milli Bankının sədri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməkdən məmnun olduq.

Görüş zamanı qurumlar arasında mövcud əməkdaşlığın cari vəziyyətini müzakirə etdik və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq.

Əməkdaşlıq əlaqələrinin daha da gücləndirmək məqsədilə Anlaşma Memorandumu imzaladıq. Bu memorandum hər iki ölkənin mərkəzi bankları arasında tərəfdaşlığın inkişafına və maliyyə sektorlarının möhkəmlənməsinə töhfə verəcək. Əminik ki, bu əməkdaşlıq uzunmüddətli və uğurlu olacaq” – deyə AMB sədri paylaşımda qeyd edib.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More