Bankın maşını qəzaya düşdü, milyonlarla pul yola dağıldı

Suriya Mərkəzi Bankının avtomobili qəzaya düşəndən sonra milyonlarla lirə yola səpələnib.

Lent.az xarici mediaya istinadla bildirir ki, ilkin məlumata görə, avtomobilin təkərlərindən birinin partlaması nəticəsində sürücü idarəetməni itirib. Sürücü özü xəsarət almayıb.

İnternetdə yayımlanan fotoda insanların yerə səpələnmiş pulları yığdığı görünür.

Yola dağılan pulların işçilərin maaşları olduğu bildirilir.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More