“X” sosial şəbəkəsinin işində ciddi pozuntular yaranıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə populyar platformaların mütəmadi monitorinqini aparan “Downdetector” saytı məlumat yayıb.
Məlumata görə, pozuntular Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə yerli vaxtla 13:30 radələrində qeydə alınıb.
Sistemin qeydə aldığı şikayətlərin 58% faizi “X” tətbiqi, 31% internet saytı, 11%-i isə server bağlantılarla əlaqəli olub.
Comments are closed, but trackbacks and pingbacks are open.