Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif edilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.
Fərmana əsasən, S. Qafarova Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub.
Rusiya dövlət başçısının müvafiq fərmanı hüquq-informasiya portalında dərc olunub.
Comments are closed, but trackbacks and pingbacks are open.