Xaçmazda yük avtomobilləri toqquşub, yaralanan var – FOTO

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, Ağçay üzərindəki körpünün yaxınlığında “Kamaz” markalı yük avtomobili “Qazel” markalı yük avtomobili ilə toqquşub.

Qəza zamanı “Qazel” markalı avtomobil aşıb.

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Hazırda fakt araşdırılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More