Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən Bəhrəm İbayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.

O, müdafiə etdiyi şəxsin bu hadisəni özünü müdafiə zəminində törətdiyini bildirərək onun əməlinin Cinayət Məcəlləsinin 126.1 ci maddəsinə tövsif edilməsini istəyib.

Bundan başqa, müdfiəçi onun himayəsində azyaşlı xəstə uşağının olduğunu, cinayəti törətdikdən sonra könüllü olaraq polisə təslim olmasının nəzərə alınmasını xahiş edib.

Təqsirləndirilən şəxs son söz deyib. Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Bəhrəm İbayev 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More