ABŞ Ukraynaya hərbi yardımı bərpa etdi

ABŞ Səudiyyə Ərəbistanında danışıqlar zamanı verdiyi vədi yerinə yetirərək Ukrayna ordusuna hərbi yardımı bərpa edib.

Lent.az xəbər verir ki, bu barədə Ukraynanın Prezident Administrasiyası rəhbərinin müavini Pavlo Palisa öz “Facebook” səhifəsində məlumat verib.

“Razılaşmalar həyata keçirilməyə başlayır. Mübarizə davam edir!”, – deyə o bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidenti Donald Trampla Ağ Evdə jurnalistlərin qarşısında mübahisəsindən sonra ABŞ Ukraynaya silah tədarükünü dayandırmışdı.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More