Turist tətilə gələn qıza narkotik verib zorladı

Hindistanın Andaman adalarında britaniyalı turist qadına narkotik maddə verərək təcavüz edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Hindistanın Benqalur şəhərindən olan 30 yaşlı qız rəfiqəsi ilə birlikdə Hemlok adasına istirahətə gəlib. Turist tətili zamanı dalğıc kurortunda akvalantı öyrənən britaniyalı ilə tanış olub.

Fevralın 26-na keçən gecə onlar axşam yeməyində birlikdə dincələrkən birtaniyalı turist qızın içkisinə nəsə qarışdırıb. Qadın huşunu itirib və oyananda o, pozulduğunu anlayıb.

Zərərçəkmiş yalnız evə qayıtdıqdan sonra baş verənləri araşdırıb.

O, əvvəlcə valideynləri ilə danışıb, martın 6-da isə polisə müraciət edib. Məlumata görə, cinayətkar artıq saxlanılıb və hazırda həbsdədir.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More